Seyidov Mirəli Mir Ələkbər oğlu (05.05.1918 - 26.04.1992) — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1976), filologiya elmləri doktoru (1968), professor (1979), Azərbaycanın Əməkdar elm xadimi (1982), Azərbaycan milli yaradıcılıq akademiyasının müxbir üzvü.
Seyidov Mirəli Mir Ələkbər oğlu 1918 -ci il mayın 5-də -də Qərbi Azərbaycan ın İrəvan şəhərində bəy ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi, Bakıda S.Ağamahoğlu adına hidromeliorasiya texnikumunu bitirmişdir (1938). Yerevan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində təhsil almışdır (1938-1944). Eyni zamanda Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində oxumuşdur (1941-1945). Həmin illər "Sovet Ermənistanı" qəzeti redaksiyasında korrektor, ədəbi işçi, gənclər şöbəsinin müdiri, məsul katibin müavini vəzifələrində işləmiş, mətbuat müvəkkili olmuşdur.
AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1945-1953), Nizami adına Dil və Ədəbiyyat İnstitutunda orta əsrlər şöbəsində baş elmi işçi (1953-1960), ədəbi əlaqələr şöbəsində baş elmi işçi (1960-1967), şöbə müdiri (1967-1980), Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinin müdiri (1980-1988), institutun xalq yaradıcılığı şöbəsində aparıcı elmi işçi işləmişdir (1987-ci ildən).
1982-ci ildə Türkiyədə keçirilən 4-cü Türkoloji Konqresdə Sovet nümayəndə heyətinin tərkibində olmuş, "Azərbaycan mərasimlərində teatr ünsürləri (Yuğ mərasiminə əsasən)" mövzusunda məruzə etmişdir. Ədəbi fəaliyyətə 1941-ci ildə "Sovet Ermənistanı" qəzetində çap etdirdiyi rəy və oçerklərlə başlamışdır. Həmin dövrdən mətbuatda vaxtaşırı çıxış etmişdir.
1968-ci ildə "Azərbaycan-erməni ədəbi əlaqələri (ən qədim dövrdən XVIII əsrin sonunadək)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. "Azərbaycan mifologiyası Azərbaycan xalqının mənşəyini öyrənməkdə bir mənbə kimi" mövzusunda tədqiqat üzərində çalışırdı. Ümumittifaq türkoloji müşavirə və konfranslarda iştirak etmişdir.
1992 -ci il aprelin 26-da Bakıda vəfat etmiş, ikinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur. Yasamal rayonunda adına küçə var.
1948-ci ildə Nəimə Həsənəli qızı Hüseynova (1923-1983) ilə ailə qurmuşdur. Oğlu Elçin (d. 1952) hazırda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyind ə çalışır. Ondan Anar (d. 1981), Nəimə (1994), Mirəli (d. 1997) və Azər (d. 1997) adlı nəvələri var.
Oğlu Eldar (d. 1955) hazırda Moskva şəhərində yaşayır. Ondan Elgün və Anar adlı nəvələri var.
|